Bioqrafiya


Bİoqrafiya

Aygün Kazımova 1971-ci il 26 yanvar tarixində Bakı şəhərində dünyaya göz açmışdır. 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində mahnılar ifa etməsi onu bu illərdə musiqiyə daha da həvəsləndirir. Hələ orta məktəbdə təhsil alarkən həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. İlk dəfə böyük səhnəyə 9-cu sinif oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxmışdır. O dövrlərdə Aygün Kazımova “Aypara” və “Qaya” Vokal İnstrumental ansambllarının solisti olaraq fəaliyyət göstərmişdir. Aygün Kazımova “Aypara” qrupunun solisti olan zaman, Aygün Məlik və Alim Qasımovla birlikdə Rəhm eylə bizə, İlahi adlı mahnını duet şəklində ifa etmişdir.

Bakı Payızı və Yurmala-89

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə «Bakı Payızı» yarışması ilə gəlmişdir. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi Yarım eşitsin məni mahnısını ifa edir. İlk qrand-prisini məhz bu yarışmada qazanmışdır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, “Bu qız kimdirsə, Xalq Artistidir” deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində “Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır” deməsi Aygünə qol-qanad olur və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağını özünə söz verir.

1989-cu ildə Latviyada keçirilən «Yurmala-89» mahnı müsabiqəsində iştirak etmişdir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi Bu sevgi mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak etdən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.

Xronoloji ardıcıllıq

1990-cı illər

1990: Sovet Ordusunun Bakıda törətdiyi «20 Yanvar» faciəsi qurbanlarının xatirəsinə «Şəhidlər» mahnısını ifa edir.

1992: Qazaxıstanda keçirilən “Asiyanın səsi” mahnı müsabiqəsində iştirak edir.

1994: əfsanəvi «İtgin gəlin» mahnısını ifa edir.

1994: İlqar Ələkbərovun rejissorluğu ilə «Bizim qızlar» mahnısını lentə alır.

1995: Ömrüm-günüm albomu «Bakı-Raks» şirkəti tərəfindən dinləyicilərinə təqdim edir.

1996: Gəncə şəhərində ilk solo konsertini verir.

1996: Türkiyənin İstanbul şəhərində keçirilən “Türkvizyon” mahnı müsabiqəsində Azərbaycanı «Ah, Vətən» mahnısı ilə təmsil edir.

1998: «Yeni il» bayramında uzun fasilədən sonra Azərbaycan Dövlət Televiziyasının efirinə çıxır.

1998: “Gecələr keçir”, “Vokaliz” mahnıları yayımlanır.

1999: «Sara TV»-də «Aygün bu gün» verlişində aparıcılıq edir.

1999: «Sənsizliyim (Qoy işığı söndürüm)» mahnısını və ona çəkilən klipini təqdim edir. Mahnı daha çox «Qoy işığı söndürüm» adı ilə məşhurlaşır.

1999: Heydər Əliyev Sarayında, «Aygün bir gün» konsertini vermişdir.

2000-ci illər

2000: Aygün Kazımovanın öz adını daşıyan AYGÜN albomu təqdim olundu.

2000: Heydər Əliyev adına sarayda “Ya devuşka vostoçnaya” adlı solo konsertini verir.

2000: «İlin müğənnisi», «İlin konserti» — “Aygün bir gün”, «İlin hiti» — “Gecələr keçir” Qrand milli mükafatlarına layiq görülür.

2001: «İlin müğənnisi», «İlin konserti», «İlin hiti» — “Ya i ti”, «İlin mahnısı» — “Şəklimi çək” Qrand milli mükafatına layiq görülür.

2001: Heydər Əliyev adına sarayda Mustafa Sandal ilə birlikdə solo konsert vermişdirlər.

2001: “Sevdim” albomu təqdim olundu.

2001: Qeyri-adi Şou konserti

2001: “Şəklimi çək”, “Depresyondayım”, “Sevdim”, Uyma, “Tez gəl” kliplərini təqdim edir.

2002: Lolita ilə birlikdə Bakıda «Aygün & Lolita — Jenskie istorii» konserti baş tutmuşdur.

2002: “Best Model of the World” model yarışmasının prezidenti və  “Best Model of Azerbaijan – 2002” müsabiqəsinə təşkilatçısı olmuşdur.

2002: «Siqara» mahnısını və ona çəkilən klipi təqdim edir.

2002: «Space TV»-nin lentə aldığı «Qış nağılı» komedik filmində rol alır.

2002: “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görüldü.

2003: Heydər Əliyev Sarayında «Aygün & Nez — Stereo effekt» konserti baş tutmuşdur.

2003: “Vətən anadır”, “Bir söz yetər” mahnılarına çəkdirdiyi klipləriylə özünü rejissor kimi sınadı və kliplər çox uğurlu alındı.

2004: “Sevdi ürək” adlı dueti böyük marağa səbəb oldu.

2004: Hüseyn Abdullayevin müəllif olduğu «Son Söz» mahnısını ifa edir.

2005: Rusiyanın Novossibirsk şəhərində 28 may tarixində «Ya devuşka vostoçnaya» konserti baş tutumuşdur.

2005: “Məşədi İbad-94” filmində Sənəm obrazını canlandırdı.

2005: Arif Qaziyevin çəkdiyi “Xarı bülbüllər” filmində yaratdığı Xan qızı Natəvan obrazını canlandırmışdı.

2005: Bəstələdiyi “Sevərsənmi”, “Bir gün” mahnıları ilə bəstəkar kimi özünü sınamış oldu.

2005: «Səndən nigaranam» mahnısını və Elşad Xose, Dəyirman qrupu ilə birlikdə «Mavilər» duetini təqdim edir.

2005: «Sevərsənmi» albomunu təqdim edir.

2006: Moskvanın böyük Kreml sarayında “Ya devuşka vostoçnaya” adlı konsert vermişdi.

2006: Heydər Əliyev adına sarayda “Xarı bülbüllər” filminin təqdimatı keçirilir.

2006: “Best Model of Azerbaijan – 2006” model müsabiqəsi keçirilir.

2007: Tofiq Bəhrəmov adına Respublika stadionunda “Öpsən” adlı konsert verir.

2008: ATV-də həftə içi 5 gün yayımlanan «Xeyir Ola» əyləncəli musiqili verilişində aparıcılıq etmişdir.

2008: «Xalq artisti» fəxri adına layiq görülmüşdür.

2009: «Təkcə səni» mahnısını ifa edi.

2009: Yaşıl Teatrda «Olduğum kimi» konserti baş tutmuşdur.

2010-cu illər

2010: Petrol mahnısını ifa edir. Klip ilk olaraq Türkiyənin ən məşhur musiqi kanalı olan Kral TV-də yayımlanmışdır.

2011: «Extreme Azerbaijan» reliti şousu üçün Namibiya yollanır.

2011: «Düşün məni» mahnısını təqdim edir.

2011: «Bir gecəlik» mahnısını təqdim etmişdir.

2012: «Səssiz sinema» mahnısını və klipini təqdim edir

2012: Gəncə şəhərindəki Heydər Əliyev adına parkında verdiyi konsertdə terror aktının qarşısı alınmışdır.

2012: «FIFA U-17 Qadınlararası Çempionatı Azərbaycan 2012»-yə qızlarımıza dəstək üçün «Qol» mahnısını və ona çəkilmiş klipi təqdim edir.

2012: «Hayat ona güzel» mahnısını təqdim edir.

2012: Sinan Akçılla birlikdə «İkinci sen» duetini təqdim edir

2012: Türkiyənin «Kral Müzik Ödülləri» musiqi mükafatında iki nominasiya ilə mübarizə aparır.

2012: “Atlant” istirahət zonasında «İkinci sen» konsert proqramı ilə çıxış etmişdir.

2013: Türkiyənin TRT dövlət kanalındakı «Kadır Çöpdemir Koptu Geliyor» proqramında çıxış etmişdir.

2013: «Telafisi yok» mahnısını təqdim edir.

2013: Snopp Doggla «Coffee from Colombia» duetini təqdim edir. Mahnı Azərbaycanda ilk dəfə olaraq «VEVO» musiqi kanalında təqdim olunur.

2013: Ferhat Göçər ilə Gəncədə konsert proqramı ilə çıxış edir.

2013: «Təsadüf», «Azərbaycan bayrağı», «Biletini alma», «Nə Vaxtsa», «Gecə Gündüz», «Səndən Adam Olmayacaq» sinqllarını təqdim edir.

2014: «Sənə xəstəyəm» sinqlını təqdim edir.

2014: “Super şou” adlı konsert proqramı ilə çıxış edir.

2014: Qəbələdə “Səndən Nigaranam” adlı konsert proqramı ilə çıxış edir.

2015: «Unutmuşam», «Bir parça keks», «Gecə yarı», «Ağlım başıma gəldi» və «Səni belə sevmədilər» mahnılarını təqdim edir.

2015: «Özünü Tanıt» proqramının üç münsifindən biri olmuşdur.

2015: «Big Apple Music Awards» musiqi mükafatına namizəd olmuşdur.

2015: «Səndən Adam Olmayacaq» və «Ayrılarmı könül candan?» konsert proqramları ilə çıxış edir.

2016: Aprel şəhidlərinin xatirəsinə «Əsgər marşı» mahnısını təqdim edir.

2016: «Orasına burasına» və «Arama beni» sinqllarını təqdim edir.

2016: «Aygün Show» adlı konsert proqramı ilə çıxış edir.

2016: «Aygün Show Rəhimli» adlı konsert proqramı ilə çıxış etmişdir.

2016: Samir Bağırov ilə birlikdə «Sevgilim» duetini təqdim etmişdir.

2017: Cavanşir Quliyev imzalı mahnıya nəfəs vermişdir.

2017: «S.U.S.» super-hiti təqdim olundu.

2017: Kristal Zalda əfsanəvi «Aygün Kazımova — 30 il» konserti vermişdir.

2018: «Hardasan», «Yaraşdın Mənə», «Aya» kimi hitləri və «Duy» albomunu təqdim etmişdir.

2019: «Paramparça», «Ehtiyacım var» kimi hitləri təqdim etmişdir.

2020-ci illər

2020: «Bizdən danışaq», «Dəli fikirlər» mahnılarını, «By S.S. Production» və «Remakes» albomlarını təqdim etmişdir.